» » Venesuela ərzaq üçün yarımilyardlıq kredit götürüb

Venesuela ərzaq üçün yarımilyardlıq kredit götürüb

Venesuela ərzaq üçün yarımilyardlıq kredit götürüb

Müxalifət bu qərarı tənqid edib.

Venesuela gündəlik tələbat mallarının ehtiyatını artırmaq üçün yarımmilyard dollar kredit alacaq.

Ucarliyiq.biz BBC-yə istinadən xəbər verir ki, vəsaiti Latın Amerikası ehtiyat fondu ayıracaq.

482 milyonluq kredit xətti ölkədə vəziyyəti yüngülləşdirəcək.

Müxalifət bu qərarı tənqid edərək kreditin qanuniliyinə şübhə ilə yanaşır. Fondun nümayəndələri sorğunun ölkənin Ali məhkəməsi tətərfindən imzalandığını bildirib.  

Neftin qiymətinin ucuzlaşması ilə əlaqədar hazırda Venesuelada ağır iqtisadi böhran yaşanır. Mağazaların piştaxtalarında gündəlik tələbat malları yox olub və onları əldə etmək üçün növbələrdə bütün gün keçirmək lazım gəlir. 

Hökuməti tənqid edənlər prezident Nikolas Maduronu iqtisadiyyatı idarə edə bilməməkdə ittiham edirlər, o isə öz növbəsində, bu böhranda yerli sahibkarları ittiham edir. 

Mütəmadi olaraq Venesuela Kolumbiya ilə sərhədlərini açır, bu insanlara qonşu ölkədən ərzaq və dərman almaq imkanı verir. 

ucarliyiq.biz