» » Şirvanda güclü partlayış - Son Dəqiqə - VİDEO

Şirvanda güclü partlayış - Son Dəqiqə - VİDEO

Şirvanda güclü partlayış - Son Dəqiqə - VİDEO

Şirvan şəhərində güclü partlayış baş verib.

Ucarliyiq.biz bildirir ki, AzVision.az-ın məlumatına, partlayış Müdafiə Sənayesi Naziriliyinin tərkibində olan `Araz` zavodunda qeydə alınıb. Nəticəsində zavodda güclü yanğın başlayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyin briqadaları cəlb olunub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova AzVision.az-a bildirib ki, təcili tibbi yardım briqaları hadisə yerinə göndərilib. Ölən və yaralılar barədə hələlik məlumat yoxdur.

Hadisə ilə bağlı Şirvan şəhər Mərkəzi Xəstəxanasına həyəcan çağırışı edilib.

Sakinlərin bildirdiyinə görə, hazırda zavodda yanğın davam edir.