» » Fransua Olland: İŞİD Fransaya müharibə elan edib

Fransua Olland: İŞİD Fransaya müharibə elan edib

Fransua Olland: İŞİD Fransaya müharibə elan edib

“İslam Dövləti” (İŞİD) terror qruplaşması Fransaya müharibə elan edib. 

Ucarliyiq.biz TASS-ə istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Fransua Olland bildirib. 

“İslam dövləti” Fransaya müharibə elan edib. Biz bütün mövcud qanunlara riayət edərək,  İŞİD-ə qarşı bu müharibəni aparmalıyıq”, - fransız lideri bəyan edib. 

Xatırladaq ki, bu gün Fransanın şimalında Ruanın yaxınlığında Sent-Etyen-dyu-Ruvre şəhərindək kilsəsində iki silahı adam beş nəfəri girov götürüblər. Son məlumata görə, cinayətkarlar polislər tərəfindən zərərsizləşdiriliblər, 84 yaşlı rahib ölüb.