» » Rusiyada azərbaycanlı öz yerlisi olan taksi sürücüsünü bıçaqladı

Rusiyada azərbaycanlı öz yerlisi olan taksi sürücüsünü bıçaqladı

Rusiyada azərbaycanlı öz yerlisi olan taksi sürücüsünü bıçaqladı

Xəsarət alan şəxs xəstəxanaya yatırılıb.

Bazar günü - sentyabrın 20-də Tolyatti şəhərinin Avtozavodsk rayonunda polislər, cinayət törətməkdə şübhəli bilinən 33 yaşlı işsiz azərbaycanlını saxlayıblar.

ucarliyiq.biz Rusiya KİV-nə istinadən xəbər verir ki, istintaqın versiyasına görə, sentyabrın 19-da saat 02:00-da Topoli küçəsində “Valensiya” barında o, 33 yaşlı həmyerlisinin sinə nahiyəsinə bıçaqla zərbə vurub. Xəsarət alan şəxs xəstəxanaya yatırılıb.

Hüquq-mühafizəçilərinin məlumatına əsasən zərərçəkən şəxs taksi sürücüsü işləyir.

Faktla bağlı “sağlamlığa bilərəkdən ağır zərər vurma” maddəsi üzrə cinayət işi qaldırılıb.