» » Bakıda keçmiş arvadını öldürən şəxsə hökm oxundu – FOTO

Bakıda keçmiş arvadını öldürən şəxsə hökm oxundu – FOTO

Bakıda keçmiş arvadını öldürən şəxsə hökm oxundu – FOTO

Kazımov baş verəcək cinayəti görməmələri üçün uşaqları digər otaqda bağlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Qurban Kazımovun (1982-ci il təv.) CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb. 

ucarliyiq.biz xəbər verir ki, bu il fevralın 3-də Y.V.Çəmənzəminli küçəsi 106, mənzil 44-də Qurban Kazımov aralarında yaranan münaqişə zəminində keçmiş həyat yoldaşı, Nübar Muradovanı (1987-ci il təv.) bıçaqlayaraq qətlə yetirib. Daxil olan məlumat əsasında hadisə yerinə Nərimanov RPİ, 16-cı polis bölməsi və prokurorluq əməkdaşları cəlb olunmaqla, müvafiq müayinə aparılıb. Cinayəti törədən Qurban Kazımov həmin gün saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, bir müddət əvvəl Kazımov və Muradova Nərimanov rayon məhkəməsinin qərarı ilə rəsmi olaraq boşanıblar, lakin yenə də müvəqqəti bir mənzildə yaşayıblar. 

İstintaqda dindirilən Q.Kazımov bildirib ki, qonşuların onun keçmiş arvadının davranışına dair ikimənalı atmacalarından bezib. Fevral ayının 2-də gecə saatlarında evə gələrək o, keçmiş həyat yoldaşı ilə mübahisə etməyə başlayıb.

O, hələ də bir evdə yaşadıqları üçün qadından davranışına fikir verməsini və özünü normal aparmasını tələb edib. Muradova isə cavab olaraq azad olduğunu və istədiyi kimi davranmaq ixtiyarında olduğunu bildirib. Qarşılıqlı söyüşlərlə davam edən mübahisə nəticəsində əsəblərini cilovlaya bilməyən Qurban üzərindəki bıçaqla keçmiş arvadına çoxsaylı zərbələr endirərək, onu qəsdən öldürüb.

İstintaqla müəyyən edilib ki, cinayət törədilərkən onların iki azyaşlı övladları da evdə olublar, Kazımov baş verəcək cinayəti görməmələri üçün uşaqları digər otaqda bağlayıb. 

Məhkəmə prosesində Qurban Kazımov ittiham üzrə özünü təqsirli hesab edib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

C.H.