» » Hindistanda içkili kişini diri-diri “asfaltladılar”

Hindistanda içkili kişini diri-diri “asfaltladılar”

Hindistanda içkili kişini diri-diri “asfaltladılar”

Onun cəsədini yerli sakinlər tapıblar.

Hindistanda içkili kişinin üstündən asfalt çəkiblər.

ucarliyiq.biz xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Madxya-Pradeş ştatında baş verib.

45 yaşlı Latori Barman arvadı ilə yarmarkaya gedib. Alış-verış edəndən sonra Barmanın arvadı yaxınlıqda yaşayan öz atasının evinə gedib, Latori isə doğma Kxadra kəndinə qayıtmağı qərara alıb. 

İçkili vəziyyətdə olan kişi yolu keçərkən, təmir işlərinin aparılmasını görməyib və quyuya düşərək huşunu itirib.

Səhər isə işlərini davam etdirən fəhlələr quyuda adamın olmasını görməyərək onu ərmiş bitumla doldurublar, sonra isə asfaltbasan maşınla təmir edilmiş sahəni hamarlayıblar.

Hadisənin üstü isə yerli sakinlərin kişinin asfaltdan çıxan əlinin tapmasından sonra açılıb. Latori Barmanı dəfn edəndən sonra, sakinlər günahkarların cəzalnmasını tələb edərək, şosseni bağlayıblar.

Sakinlər yolun təmir olunan hissəsində heç-bir xəbərdarlıq işarəsinin olmamasından şikayət ediblər.

Polisdən bildiriblər ki, afaltbasan maşının sürücüsü və quyunu bitumla dolduran fəhlə artıq həbs ediliblər.

Təmir işlərini aparan şirkətin rəhbəriliyi Barmanın ailəsinə 50 min rupi (760 ABŞ dolları) məbləğində kompensasiya ödəyəcəyinə söz verib.