» » Yerevanda girov götürülmüş bir həkim azad edilib

Yerevanda girov götürülmüş bir həkim azad edilib

Yerevanda girov götürülmüş bir həkim azad edilib

Yerevanda girova götürülmüş “Təcili tibbi yardım”-ın əməkdaşlarının biri silahlı qrup tərəfindən ələ keçirilmış polis binasından azadlığa buraxılıb.

Ucarliyiq.biz İnterfax-ə istinadən xəbər verir ki, silahlı qrup tərəfindən polis hissəsinin binasında girov kimi “Təcili tibbi yardım”-ın iki həkim və bir tibb bacısı qalır.

Yerevanda Azadlıq meydanında isə hazırda etiraz aksiyası keçirilir. Aksiya iştrakçıları polis hissəsini ələ keçirmiş silahlı qrupu dəstəkləyirlər.

Qeyd edək ki, iyulun 17-dən bir qrup silahlı şəxs Yerevan polisinin post patrul xidməti alayının binasını ələ keçirib. Hadisə zamanı alay komandirinin müavini polis polkovniki Artur Vanoyan öldürülüb.