» » Bakıda müdir işçisini bıçaqlayıb

Bakıda müdir işçisini bıçaqlayıb

Bakıda müdir işçisini bıçaqlayıb

Hadisəyə tərəflər arasında pul mübahisəsi səbəb olub.

Bakıda bıçaqlanma hadisəsi baş verib.

ucarliyiq.biz-ın APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.
 
Daş satışı bazarında fəhləlik eləyən Qazax rayon sakini, Xocahəsən qəsəbəsində müvəqqəti yaşayan 30 yaşlı Məmmədov Vasif Abdulla oğlu bıçaqlanıb. İlkin məlumata görə, onu Fikrət adlı müdiri bıçaqlayıb. Vasif Məmmədov Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına çatdırılıb. O, əməliyyat olunub, vəziyyəti orta ağırdır.
 
Hadisəyə tərəflər arasında pul mübahisəsi səbəb olub. Zərərçəkənin atası Abdulla Məmmədovun verdiyi məlumata görə, Vasif Məmmədov 3 il əvvəl müdirindən 500 manat borc alıb. O, aldığı borcu hissə-hissə qaytarsa da, Fikrət adlı şəxs ondan əlavə pul tələb edib, dəfələrlə hədə-qorxu gəlib. Sonuncu mübahisə isə davaya çevrilib və Vasif Məmmədov bıçaqlanıb.
 
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.