» » Türkiyədə hərbi hava baza bağlanır

Türkiyədə hərbi hava baza bağlanır

Türkiyədə hərbi hava baza bağlanır

Hərbi baza ölkədə dövlət çevrilişi cəhdinin qarşısını alarkən həlak olan vətəndaşların xatirəsinin yaşadılacağı məkana çevriləcək.

Türkiyə Silahlı Qüvvələrinin sərəncamında olan Akıncı hərbi hava bazası bağlanacaq.

Ucarliyiq.biz “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım Ankaranın Kazan rayonunda vətəndaşlarla görüşərkən bildirib.

Onun sözlərinə görə, hərbi baza ölkədə dövlət çevrilişi cəhdinin qarşısını alarkən həlak olan vətəndaşların xatirəsinin yaşadılacağı məkana çevriləcək.

Qeyd edək ki, Türkiyədə iyulun 15-də dövlət çevrilişinə cəhd göstərən bir qrup hərbçi Akıncı hərbi hava bazasından qərargah kimi istifadə edib.

ucarliyiq.biz