» » ABŞ-ın ən iri neft şirkətinin xalis mənfəəti yarıbayarı azaldı

ABŞ-ın ən iri neft şirkətinin xalis mənfəəti yarıbayarı azaldı

ABŞ-ın ən iri neft şirkətinin xalis mənfəəti yarıbayarı azaldı

ABŞ-ın ən iri neft şirkətlərindən olan “Exxon Mobil”in xalis mənfəəti 2016-ci ilin ikinci rübündə 59% azalıb.

Ucarliyiq.biz xəbər verir ki, bununla da şirkətin xalis mənfəəti proqnozlardan xeyli aşağı düşüb.

Şirkətin ikinci rübdə xalis mənfəəti 1,7 milyard dollar olub. Səhmlərdən isə 0,41 dollar gəlir qazanıb. 

Ötən il isə hər səhmə görə 1 dollar gəlir əldə edilmişdi. Analitikləri isə bu rəqəmi 0,64 dollar olacağını proqnozlaşdırmışdılar.

Qeyd edək ki, şirkətin gəlirlərində müşahidə edilən enmə neftin aşağı qiymətləri ilə bağlıdır.


ucarliyiq.biz