» » İrəvanda polis binasını zəbt edənlər təslim olmağı qərara alıb

İrəvanda polis binasını zəbt edənlər təslim olmağı qərara alıb

İrəvanda polis binasını zəbt edənlər təslim olmağı qərara alıb

“Biz Ermənistanda xalq hərəkatına təkan verdik”.

Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını zəbt edən silahlı qrup təslim olmağı qərara alıb.

Ucarliyiq.biz-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu qrupun rəhbərlərindən biri Varujan Avetisyan bəyan edib.

“Biz təslim olmaq qərarı verdik və bu proses saat 20:00-dan başlayacaq. Buna baxmayaraq, biz Ermənistanda xalq hərəkatına təkan verdik ”, - deyə V.Avetisyan bildirib.