» » Türkiyə XİN Almaniya səfirliyinin müşavirini nazirliyə çağırıb

Türkiyə XİN Almaniya səfirliyinin müşavirini nazirliyə çağırıb

Türkiyə XİN Almaniya səfirliyinin müşavirini nazirliyə çağırıb

Köln şəhərində bu yaxınlarda Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdinə qarşı prezident Rəcəb Tayyib Ərdoğanın siyasi kursuna dəstək nümayişi keçirilib.

Türkiyə Xarici İşlər Nazirliyi Almaniyanın Ankaradakı səfirliyinin müşavirini Almaniyanın Köln şəhərində Türkiyə hökumətinin nümayəndələrinin iştirakı ilə keçirilən telekonfransın yayımına qadağa ilə əlaqədar danışıqlar aparmaq üçün nazirliyə çağırıb.

Ucarliyiq.biz bu barədə TASS-ə istinadən xəbər verir.

Bu ərəfədə Kölndə bu yaxınlarda baş vermiş dövlət çevrilişi cəhdinə qarşı prezident Rəcəb Tayyib Ərdoğanın siyasi kursuna dəstək nümayişi keçirilib. Bu aksiyaya təxminən 40 min nəfər, əsasən də Türkiyə əsilli almanlar qatılıb.

Əvvəlcədən R.T.Ərdoğan və bəlkə də Türkiyə hökumət nümayəndələrinin telekonfrans rejimində iştirakçılara müraciət edəcəyi nəzərdə tutulmuşdu. Lakin Almaniya Federal Konstitusiya Məhkəməsi nümayişdən bir gün əvvəl fəalların belə yayımlar təşkil etməsini qadağan edib.

ucarliyiq.biz