» » Mahaçkalada partlayış: Yaralananlar var

Mahaçkalada partlayış: Yaralananlar var

Mahaçkalada partlayış: Yaralananlar var

Hadisə “Layli” banket zalının zirzəmisində olub.

Partlayış Mahaçkalada “Layli” banket zalının zirzəmisində olub, 13 nəfər xəsarət alıb, onların hamısı xəstəxanaya yatırılıb. 

Ucarliyiq.biz TASS-ə istinadən xəbər verir ki, bu barədə respublika DİN məlumat yayıb. 

Partlayış zamanı xəsarət alan mətbəxdə işləyən qadınlar olub.   

Dağıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Moskva vaxtı ilə saat 15:10-da Mahaçkalada “Layli” banket zalında partlayış haqqında məlumat daxil olub. 

Hadisə yerində yanğınsöndürənlər çalışır. 

ucarliyiq.biz