» » Kadırov: Çeçenistan “İblis dövləti”ni məhv edə bilər

Kadırov: Çeçenistan “İblis dövləti”ni məhv edə bilər

Kadırov: Çeçenistan “İblis dövləti”ni məhv edə bilər

Çeçenistan İŞİD-i məhv etməyə qadirdir.

Ucarliyiq.biz-ın APA-ya istinadən məlumatına görə, bunu özünün “İnstaqram” səhifəsində Çeçenistan rəhbərinin səlahiyyətlərini icra edən Ramzan Kadırov yazıb.

“Biz “İblis dövləti”ni tamamilə məhv edə bilərik. Əgər kiminsə ağlına Rusiyaya tərəf hərəkət etmək gəlsə, biz onu sərhədimizdən uzaqlarda dayandıracağıq. Bir daha deyirəm ki, biz hətta yuxuda belə Rusiya rəhbərliyi və xalqının ünvanına təhdidlər səsləndirmək fikrində olan şəxslərin yanına gələcəyik”, - deyə o vurğulayıb.

Qeyd edək ki, İŞİD-in “YouTube”da yerləşdirdiyi 9 dəqiqəlik videoda Putinə xəbərdarlıq edilir və müsəlmanlar bu ölkəyə qarşı cihada çağırılır.