» » İki azərbaycanlı Rusiya dövlət sərhədini keçməyə cəhd edib

İki azərbaycanlı Rusiya dövlət sərhədini keçməyə cəhd edib

İki azərbaycanlı Rusiya dövlət sərhədini keçməyə cəhd edib

Məhkəmə onları bir il müddətinə azadlıqdan məhrum etməklə cəzalandırıb.

Rusiyanın Omsk vilayətinin İsilkulski şəhər məhkəməsi iki Azərbaycan vətəndaşı - 29 yaşlı B.Tural və 30 yaşlı M.İmadəddinə dair hökm qərarı çıxarıb.

Ucarliyiq.biz bu barədə Rusiya KİV-nə istinadən xəbər verir.  

Onları öncədən əlbir olaraq Rusiyanın dövlət sərhədini qanunsuz keçməkdə ittiham ediblər. 

Azərbaycanlılar keçid məntəqələrindən yan keçərək Rusiya dövlət sərhədini keçmək barədə hələ yazda razılığa gəliblər. 

Qazaxıstan ərazisindən dəmir yolları ilə Rusiya sərhədinə qədər gələrək asanlıqla sərhədi keçiblər. 

Məhkəmə onları bir il müddətinə azadlıqdan məhrum etməklə cəzalandırıb. 

ucarliyiq.biz