» » İnterpol yarım milyon borcu olan azərbaycanlı iş adamını axtarır

İnterpol yarım milyon borcu olan azərbaycanlı iş adamını axtarır

İnterpol yarım milyon borcu olan azərbaycanlı iş adamını axtarır

O, ölkədən qaçıb.

Azərbaycanda külli miqdarda vergi ödəməkdən yayınan iş adamı beynəlxalq axtarışa verilib.

ucarliyiq.biz xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 1968-ci il təvəllüdlü Kazımov Azər Əkbər oğlu Cinayət Məcəlləsinin 213-cü (vergidən yayınma) və 192-ci (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirləndirilir.
A.Kazımov ölkədən qaçdığı üçün Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində həbsli axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.

APA-nın əldə etdiyi məlumata görə, A. Kazımov “MST Tikinti-Quraşdırma” MMC-nin rəhbəri olub. Onun vergi borcu 500 min manata yaxın olub və vəsaiti ödəyə bilmədiyi üçün ölkədən qaçıb.  

İnterpol yarım milyon borcu olan azərbaycanlı iş adamını axtarır