» » Ərdoğan Putinlə görüşünün əsas mövzusunu açıqladı

Ərdoğan Putinlə görüşünün əsas mövzusunu açıqladı

Ərdoğan Putinlə görüşünün əsas mövzusunu açıqladı

Türkiyə prezidenti Rəcəb Rayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putin ilə görüş zamanı müzakirə olunacaq məsələlərdən danışıb.

Ucarliyiq.biz xəbər verir ki, Ərdoğan Ankarada iqtisadi forumda çıxışı zamanı bildirib ki, Rusiya prezidenti ilə Sankt-Peterburq şəhərində keçirilməsi nəzərdə tutulan görüş zamanı RF bombardmançısının vurulmasından sonra iki ölkə arasındakı münasibətlərdə yaranan böhranı müzakirə etməyi planlaşdırır.

Türkiyə prezidenti əlavə edib ki, danışıqlar zamanı həmçinin iqtisadi əməkdaşlıq və regionda baş verən proseslər ətrafında fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, Rusiya və Türkiyə liderləri avqustun 9-da Sankt-Peterburq şəhərində görüşəcəklər.