» » Klinton Trampı populyarlıqda səkkiz faiz geridə qoyur

Klinton Trampı populyarlıqda səkkiz faiz geridə qoyur

Klinton Trampı populyarlıqda səkkiz faiz geridə qoyur

O, Demokratlar partiyasının başa çatan qurultayından sonra “bonus” qazanıb.

ABŞ prezidentliyinə Demokratlar partiyasından namizəd Hillari Klinton respublikaçı rəqibi Donald Trampdan populyarlıqda səkkiz faiz irəlidədir. 

Ucarliyiq.biz xəbər verir ki, bunu “Reuters” agentliyinin “İpsos” şirkəti ilə birgə apardığı sorğunun nəticələri göstərir. 

Sorğunun nəticələrinə görə, potensial seçicilərin 43%-i Klintona, 35%-i Trampa, 9%-i isə başqa namizədə səs verməyə hazırdır. Sorğu 28 iyul - 1 avqust tarixlərində 1,289 min ABŞ vətəndaşı arasında aparılıb. Sorğuda yanlışlıq üç faiz həcmində qiymətləndirilir. 

Beləliklə də keçən sorğuda 6 faiz irəlidə olan Klinton bu dəfə Trampdan 8 faiz irəlidədir. O, Demokratlar partiyasının başa çatan qurultayındna sonra “bonus” qazanıb.

Klintonun rəqibi Tramp istirahət günlərində həlak olan amerikalı müsəlman əsgərin valideynləri ilə mübahisəyə görə tənqid atəşinə tutulub.  

ABŞ prezidentliyinə seçkilər cari ilin noyabrın 8-də keçiriləcək. 

ucarliyiq.biz