» » ABŞ-da insanları cavanlaşdıracaqlar

ABŞ-da insanları cavanlaşdıracaqlar

ABŞ-da insanları cavanlaşdıracaqlar

Sınaqda ümumilikdə 600 nəfər iştirak edəcək.

Kaliforniya ştatının Monterey şəhərində “Ambrosia” şirkətinin mütəxəssisləri qan plazmalarının yardımı ilə insanların cavanlaşdırılması üzrə ilk sınaqları aparmağı planlaşdırırlar. 

Ucarliyiq.biz “Science” istinadən xəbər verir ki, cavanlaşdırma üsulu siçanlar üzərində parabioz tədqiqatlarına əsaslanır. Burada cavan və qoca heyvanların qan damar sistemləri birləşdirilib. 

Şirkətin təsisçisi həkim Cessi Karmazindir. O, gənc insanların plazmasının cavanlaşdırıcı təsirini araşdırmağı planlaşdırır, bu plazmaları 35 yaşından yuxarı olan şəxslərə vurulacaq. 

Sınaqda ümumilikdə 600 nəfər iştirak edəcək, bu proses üçün onlar 8 min dollar ödəyəcək. Donorların yaşı 25-dən yuxarı olmamalıdır. Hər bir resipinetə iki gün ərzində 1,5 litr plazma vurulacaq.

Prosedurdan öncə və sonra könüllülərin qanı biokimyəvi dəyişikliklər üçün yoxlanılacaq. 

Eksperiment bir dəfə mütəxəssislər tərəfindən tənqid edilib. Onların sözlərinə görə, bu sınağın insanlar üzərində uğurlu olacağına dair kliniki dəlillər mövcud deyil. 

ucarliyiq.biz