» » Pan Gi Mun Olimpiya məşəli estafetində iştirak edəcək

Pan Gi Mun Olimpiya məşəli estafetində iştirak edəcək

Pan Gi Mun Olimpiya məşəli estafetində iştirak edəcək

BMT Baş katibinin proqramına qaçqınlardan ibarət komanda ilə görüş daxildir.

BMT-nin baş katibi Pan Gi Mun Olimpiya məşəli estafetində və XXXI Yay Olimpiya Oyunlarının açılış mərasimində iştirak edəcək.

Ucarliyiq.biz TASS-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə BMT-nin nümayəndəsi Stefan Düjarrik bildirib.

Onun sözlərinə görə, Pan Gi Mun daha bir turneyə çıxıb. O, Braziliya, Argentina, Kanadaya, ABŞ-ın qərb sahilinə səfər edəcək.

“O, əvvəlcə Rio de Janeyroya gedəcək və XXXI Olimpiya Oyunlarının açılış mərasimində iştirak edəcək”, - Düjarrik bildirib.

Bundan başqa Pan Gi Mun Olimpiya kəndini ziyarət etməyi planlaşdırır. Onun proqramına qaçqınlardan ibarət komanda ilə görüş daxildir.

XXXI Yay Olimpiyadası avqustun 5-dən 21-nə qədər davam edəcək. Paralimpiyada sentyabrın 7-dən 18-nə qədər keçiriləcək. 

ucarliyiq.biz