» » Raffi Ovannisyan: “Ermənistanda yeni silahlı qruplaşmalar yarana bilər”

Raffi Ovannisyan: “Ermənistanda yeni silahlı qruplaşmalar yarana bilər”

Raffi Ovannisyan: “Ermənistanda yeni silahlı qruplaşmalar yarana bilər”

Hər bir Ermənistan vətəndaşı “Sasna çrer” üzvü ola bilər.

“Əgər Ermənistanda normal siyasi proseslər vasitəsilə fövqəladə xarakterli məsələlərin həllinə, ölkədə növbədənkənar seçkilərin keçirilməsinə nail ola bilməsək, “Sasna çrer” kimi yeni silahlı qruplaşmalar yaranacaq”.

Ucarliyiq.biz–nın News.am saytına istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın müxalif “İrs” partiyasının lideri Raffi Ovannisyan deyib.

O bildirib ki, hər bir Ermənistan vətəndaşı “Sasna çrer” üzvü ola bilər: “Lakin onlar bizim ölkəmizi işğal edən qalstuklu terrorçulara qarşı vuruşan antiterrorçular olacaq. Əgər indiki vəziyyətin dəyişməsinə nail olmasaq, o zaman heç kim sərhədlərimizdəki itkilərə təəccüblənməsin”.

Xatırladaq ki, 17 iyulda silahlı qruplaşma Ermənistan polisinin patrul-mühafizə alayını zəbt etmişdi. Qruplaşma üzvləri iyulun 31-də hökumətə təslim olub.

ucarliyiq.biz