» » İran vətəndaşından 12 kiloqrama yaxın tiryək götürüldü

İran vətəndaşından 12 kiloqrama yaxın tiryək götürüldü

İran vətəndaşından 12 kiloqrama yaxın tiryək götürüldü

DİN məlumat yaydı.

Respublikanın daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində daha bir uğurlu əməliyyat tədbiri həyata keçirilib və nəticədə qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitə çıxarılıb.

Bu barədə ucarliyiq.biz-a DİN-dən bildiriblər.

Məlumata görə, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının Yardımlı rayonu ərazisində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikası vətəndaşı Səlmani Sula Behzadandan 11 kiloqram 415 qram tiryək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.