» » “Uber” “Google Map”dən imtina edir

“Uber” “Google Map”dən imtina edir

“Uber” “Google Map”dən imtina edir

Taksi sifarişi xidməti öz kartoqrafik layihəsi üzərində çalışır.

“Uber” taksi sifarişi xidməti gələcəkdə sürücülər üçün “Google Maps”i əvəz edəcək öz kartoqrafik layihəsinin hazırlanmasına 500 milyon dollar xərcləməyə hazırlaşır. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb. 

Məlumata görə, hazırda “Uber” artıq kartoqrafiya üçün avadanlığı olan avtomobillərdən istifadə edir. Avadanlıq ABŞ və Meksika yollarında məlumat və təsvirlər barədə məlumatlar toplayır, bu barədə nəşrə şirkətin planlarından xəbərdar olan mənbə bildirib.  

Xidmət yaxın günlərdə digər ölkələrdə də məlumatların toplanmasına başlamağa hazırlaşır. 

Hazırda “Uber” sürücüləri “Google Maps” proqramından istifadə edir. Amma keçən il “Uber” dünyada rəqəmsal kartoqrafiya üzrə aparıcı ekspertlərdən olan Brayn Makklendonu işə götürüb. O, daha öncə “Google Maps”i idarə edirdi və “Google Earth” yaradılmasında iştirak edib. 

O, hazırda “Google” xəritələri lazımi detallar barədə tələbatı təmin etmir, inkişaf edən ölkələrdə isə “Uber” sürücüləri yolu sərnişinlərdən soruşmalı olurlar.

2015-ci ilin iyun ayında “Uber” “Microsoft”dan “Bing Maps” kartoqrafik xidmətinin bir hissəsini alıb. Saziş çərçivəsində taksi xidməti “Bing Maps”də təsvirlərin toplanması və işlənməsi ilə məşğul olan 100 əməkdaşa da sahib olub. Bundan başqa taksi xidməti Finlandiyanın “Nokia” şirkətinin “Here” kartoqrafik xidmətinə də göz qoyur. 

ucarliyiq.biz