» » Azərbaycanlı evakuatorla avtomobil oğurlamağa cəhd etdi

Azərbaycanlı evakuatorla avtomobil oğurlamağa cəhd etdi

Azərbaycanlı evakuatorla avtomobil oğurlamağa cəhd etdi

Moskvada polislər “Mercedes”i evakuatorun yardımı ilə oğurlamaq cəhdində şübhəli bilinən azərbaycanlını saxlayıblar. 

Ucarliyiq.biz “Moskva” şəhər xəbərləri agentliyinə istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarında olan mənbə bildirib. 

Oğurluğa dair cinayət işi açılıb. 

Polisə əslən Çeçenistandan olan bir nəfər müraciət edərək naməlum şəxsin onun təxminən 1 milyon rubl dəyərində olan maşınının oğurlamağa cəhd edildiyini bildirib. Avtomobil mühafizə edilməyən Sivaşskaya küçəsində park edilib. 

Hadisə yerində şübhəli bilinən şəxs saxlanılıb. 

“Kişi evakuator çağıraraq sürücünü maşının ona məxsus olduğuna inandıraraq “Mercedes”i oğurlamağa cəhd etməkdə şübhəli bilinir”, - mənbə bildirib və qeyd edib ki, əməliyyatçılar cinayətin qarşısını alıblar. 

ucarliyiq.biz