» » Uqanda hakimiyyəti porno axtarışında

Uqanda hakimiyyəti porno axtarışında

Uqanda hakimiyyəti porno axtarışında

Bunun sayəsində yerli hakimiyyətə böyüklər üçün olan kontetnti yükləyənləri tapmaq və məsuliyyətə cəlb etmək asan olacaq.

Uqanda hakimiyyəti xüsusi qurğu əldə ediblər, həmin qurğunun yardımı ilə yerli sakinlərin smartfon və kompüterlərində pornoqrafiyanın axtarışı aparılacaq.  

Ucarliyiq.biz xəbər verir ki, bu barədə “The Huffington Post” məlumat yayıb. 

Uqandanın etik məsələlər üzrə naziri Saymon Lokodo bəyan edib ki, qurğu qacetləri skaner edərək pornoqrafik xarakterli foto və videoları axtaracaq. 

Bunun sayəsində yerli hakimiyyətə böyüklər üçün olan kontetnti yükləyənləri tapmaq və məsuliyyətə cəlb etmək asan olacaq. 

Pornoqrafiyanı axtara bilən cihaz Cənubi Koreyadan alınıb. Bu sihaz Uqanda hakimiyyətinə 88 min dollara başa gəlib. 

Pornoqrafiyanın istehsalı, dərci və yayımı Uqanda da cinayət hesab edilir. Bu cinayətə görə, on il müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. 

ucarliyiq.biz