» » Rusiyada qadın 900-ə yaxın mühaciri evinə qeydiyyata salıb

Rusiyada qadın 900-ə yaxın mühaciri evinə qeydiyyata salıb

Rusiyada qadın 900-ə yaxın mühaciri evinə qeydiyyata salıb

Ölkə ərazisində olmalarını qanuniləşdirməyə çalışan qayda pozanlar arasında Azərbaycan vətəndaşları olub.

Rusiyanın Primorsk vilayətinin Ussuriysk şəhərinin sakini mənzilində 900-ə yaxın xarici vətəndaşı qeydiyyata saldığı üçün məhkəmə qarşısına çıxacaq. 

Ucarliyiq.biz TASS-ə istinadən xəbər verir ki, hazırda işə baxılması üçün məhkəməyə təhvil verilib.

“2016-cı ilin mart ayından aprel ayına qədər iş üzrə fiqurant pul mükafatı müqabilində xariciləri qeydiyyata salmaqla məşğul olub”, - bu barədə Primorsk vilayətinin prokrorluğunun mətbuat xidmətində bildiriblər. 

“O, Ussuriysk şəhərində yerləşən mənzilində 893 xarici vətəndaşı qeydiyyata salıb. Bunun sayəsində xarici vətəndaşlar Rusiya ərazisində olmaq haqqında qaydaları pozduqları üçün inzibati məsuliyyətdən yayına bilirdilər”. 

Ölkə ərazisində olmalarını qanuniləşdirməyə çalışan qayda pozanlar arasında Çin, Özbəkistan, Tacikistan, Azərbaycan, Qırğızıstan vətəndaşları olub. 

ucarliyiq.biz