» » Qırğızıstanda terrorçular vətəndaşlıqdan məhrum ediləcəklər

Qırğızıstanda terrorçular vətəndaşlıqdan məhrum ediləcəklər

Qırğızıstanda terrorçular vətəndaşlıqdan məhrum ediləcəklər

Qırğızıstan prezidenti Almazbek Atambayev beynəlxalq terrorizm və ekstremizm sahəsində cinayətlərə görə məsuliyyətin sərtləşdirilməsinə dair qanun imzalayıb. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə “İnterfaks”a dövlət rəhbərinin mətbuat xidmətindən bildiriblər. 

“Düzəlişlər terrorizm və ekstremist fəaliyyətinə görə mühakimə olan şəxslərə dair cəzaçəkmə müəssisələrində cəzalarının sərtləşdirilməsi, eləcə də vətəndaşlıqdan məhrum edilməsinə istiqamətlənib”, - agentliyin həmsöhbəti bildirib. 

Atambayev 2015-ci ilin dekabrında bəyan edib ki, “Suriyada terrorçular tərəfindən hərbi əməliyyatlarda iştirak edən Qırğızıstan vətəndaşlarını vətəndaşlıqdan məhrum etmək lazımdır”.

Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin məlumatına görə, Suriya, İraq və Əfqanıstanda hərbi əməliyyatlar zonasına 600-dən çox vətəndaş gedib, onlar beynəlxalq terror qruplaşmalarına qoşulublar. Onlardan 70-dən çoxu ölub.  

ucarliyiq.biz