» » ABŞ-ın yeni qırıcısı döyüşə hazırdır

ABŞ-ın yeni qırıcısı döyüşə hazırdır

ABŞ-ın yeni qırıcısı döyüşə hazırdır

“Bizim “F-35”-in imkanlarına ehtiyacımız var”.

ABŞ-da beşinci nəsil “F-35A” qırıcıları ilə komplektləşdirilmiş birinci HHQ bölüyü döyüşə hazırdır. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə Pentaqonun saytı məlumat yayıb. 

388-ci qırıcı aviaqanadın Hill-də yerləşən 34-cü qırıcı eskadrilyası yeni təyyarədə hava döyüşləri və yerüstü hədəflərə zərbələr endirmək daxil olmaqla hərbi tapşırıqları yerinə yetirməyə hazır olduğu təsdiqlənib.   

“Bu təyyarənin mənimsənilməsində əsas mərhələdir, o havada üstünlüyümüzü illər boyu təmin etməlidir”, - ABŞ müdafiə naziri Eşton Karter bəyan edib. 

“Bizim “F-35”-in imkanlarına ehtiyacımız var, - hərbi aviasiya komandanlığının generalı Herbert Karlayl qeyd edib. – Mümkün düşmənlərimizi nəzərə alaraq, “F-35”-in HƏM-in qoruduğu zonalara daxil olma, yüksək dəqiqli silahı tətbiq etmə və müxtəlif mənbələrdən məlumatı əldə edə bilmə qabiliyyəti – məhz bizə lazım olan imkanlardır”.

ucarliyiq.biz