» » Kremldə Medvedevin müəllimlərə məsləhətini cavabsız qoymadılar

Kremldə Medvedevin müəllimlərə məsləhətini cavabsız qoymadılar

Kremldə Medvedevin müəllimlərə məsləhətini cavabsız qoymadılar

“Çoxunun işləri normaldır, çoxunda obyektiv səbəblərdən çətinliklər müşahidə edilir”.

Rusiya prezidentinin müəllimlərin maaşını artırılması ilə əlaqədar may göstərişlərinə baxılmayıb, dövlət rəhbərinin mətbuat katibi Dmitri Peskov xatırladıb.  

Ucarliyiq.biz Lenta.ru-ya istinadən xəbər verir ki, Peskov baş nazir Dmitri Medvedevin müəllimlərin gəlirlərinə dair sözlərini belə şərh edib. 

“Prezident mütəmadi olaraq qubernatorlarla söhbət zamanı (may göstərişlərinin yerinə yetirilməsinə dair – “Lenta.ru”) informasiyanı ilk əldən alır”, - Kremlin nümayəndəsi bildirib. 

Bununla yanaşı, Peskov qeyd edib ki, may göstərişlərinin yerinə yetirilməsi üzrə regionlarda vəziyyət fərqlidir. 

“Həqiqətən də çoxunun işləri normaldır, çoxunda obyektiv səbəblərdən çətinliklər müşahidə edilir, ona görə də hazırda vəziyyəti ümumiləşdirmək olmaz”, - o dəqiqləşdirib. 

Rusiyalıların narazıçılığına baş nazirin dünənki sözləri səbəb olub. “Fikirlər ərazisi” forumunda o, maaşından narazı olan müəllimlərə ixtisasını dəyişməyi və ya biznes qurmağı məsləhət görüb.

Onun sözlərinə görə, hərbçilərin yüksək maaşı isə onların peşəsinin təhlükəli olması ilə əlaqəlidir. 

Bir müddət sonra Change.org portalında Rusiya baş naziri Dmitri Medvedevin istefaya göndərilməsi tələbi ilə petisiya peyda olub. Petisiyanı artıq 5 min nəfər imzalayıb. 

ucarliyiq.biz