» » Hindistan körpü uçub – Ölənlər var

Hindistan körpü uçub – Ölənlər var

Hindistan körpü uçub – Ölənlər var

42 nəfər itkin düşüb.

Hindistan xilasediciləri ölkənin qərbində körpünün uçması nəticəsində həlak olan 13 nəfərin meytini aşkar ediblər, 42 nəfər itkin düşmüş hesab edilir. 

Ucarliyiq.biz TASS-ə istiandən xəbər verir ki, bu barədə faciənin baş verdiyi Maharaştra ştatının baş naziri Devendra Fandavis bildirib.   

“Sudan 13 nəfərin meyiti çıxarılıb, onlardan çoxunu su 100 km çox məsafədə dənizə aparıb. 42 nəfər itkin düşmüş hesab edilir, ona görə də axtarışlar aparılacaq”, - bu barədə baş nazir hind kanalına verdiyi müsahibədə bildirib. 

Leysan yağışlar nəticəsində Savitri çayında suyun səviyyəsi Hindistanda ingilis hakimiyyəti dövrünə aid körpünü uçura biləcək qədər artıb. 

Dəqiqləşdirilmiş məlumata görə, hadisə zamanı körpüdə iki avtobus və dörd-beş şəxsi avtomobil olub. 

ucarliyiq.biz