» » Çavuşoğlu Avstriyanı irqçilikdə ittiham etdi

Çavuşoğlu Avstriyanı irqçilikdə ittiham etdi

Çavuşoğlu Avstriyanı irqçilikdə ittiham etdi

Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu Avstriyanı irqçiliyin mərkəzi adlandırdı.

Ucarliyiq.biz xəbər verir ki, M.Çavuşoğlu bu barədə TGRT telekanalına verdiyi müsahibəsində bildirib. 

XİN rəhbəri Avstriyanın kansleri Kristian Kernin bu ölkədə yaşayan türklərin radikal olmasına dair fikrini yolverilməz adlandırıb. 

Onun sözlərinə görə, Avstriya hər zaman Türkiyəyə mənfi yanaşıb. 

Daha öncə Avstriya kansleri Kriatian Kern bəyan etmişdi ki, Türkiyənin Avropa İttifaqına daxil olmasına dair danışıqları dayandırmaq lazımdır. Televiziya çıxışı zamanı o qeyd edib ki, bu məsələni Avropa İttifaqının sentyabrda keçiriləcək sammitində qaldırmağı planlaşdırır. Bəyanat Türkiyədə hərbi çevrilişə cəhddən sonra səslənib. 

ucarliyiq.biz