» » Şərifzadə küçəsində tıxaclara son – NİİM-dən TƏKLİFLƏR

Şərifzadə küçəsində tıxaclara son – NİİM-dən TƏKLİFLƏR

Şərifzadə küçəsində tıxaclara son – NİİM-dən TƏKLİFLƏR

Dayanacaq nəqliyyat vasitələrinin hərəkətində ciddi maneə yaradır.

Azərbaycan Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakının bir neçə küçə və prospektlərində, nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması və maneəsiz hərəkətini təmin etmək məqsədilə yollarda bir sıra təkliflər hazırlayıb.

NİİM-dən ucarliyiq.biz-ə daxil olan məlumata görə, Mətbuat prospekti ilə Abbas Mirzə Şərifzadə küçəsinin kəsişməsi svetoforun üçfazalı rejimi ilə nizamlandığından və Mətbuat prospektində nəqliyyat vasitələrinin sayı çox olduğuna görə günün əsasən pik saatlarında tıxac yaranır.

Şərifzadə küçəsində tıxaclara son – NİİM-dən TƏKLİFLƏR

Mərkəz tərəfindən aparılan müşahidələr nəticəsində Mətbuat prospekti ilə “Badamdar” istiqamətində kəsişməyə daxil olan nəqliyyat vasitələrinin sayı səhər pik saatında 2371 avt/saat, axşam pik saatında 2058 avt/saat, 20 Yanvar istiqamətində kəsişməyə daxil olan nəqliyyat vasitələrinin sayı isə səhər pik saatında 2616 avt/saat, axşam pik saatında 2952 avt/saat müəyyən olunub.

Şərifzadə küçəsində tıxaclara son – NİİM-dən TƏKLİFLƏR

Aparılan araşdırmalar nəticəsində, Şərifzadə küçəsinin Mətbuat prospekti ilə kəsişməyə yaxın hissəsində yerləşən avtobus dayanacağının svetoforun üçfazalı rejiminin iki fazasında Mətbuat prospekti istiqamətində sağa dönən nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratması müəyyənləşdirilmiş və avtobus dayanacağının yerinin dəyişdirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət olunub. 

Lakin adı çəkilən ərazidə dayanacağın yerinin hələ də dəyişdirilməməsi, kəsişməyə daxil olan nəqliyyat vasitələrinin hərəkətində ciddi maneə yaradır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Mətbuat prospekti ilə Şərifzadə küçəsinin kəsişməsində sıxlığın aradan qaldırılması məqsədilə NİİM tərəfindən bir sıra təkliflər hazırlanıb:

• Mətbuat prospektindən sağa Şərifzadə küçəsi istiqamətində sxemdə göstərildiyi qaydada “cib”in yaradılması;

• Şərifzadə küçəsindən A.Sultanova küçəsi istiqamətində düzünə və “Qələbə” dairəsi istiqamətində sola Mətbuat prospektinə hərəkət edən nəqliyyat vasitələrini sxemdə göstərildiyi qaydada sağa (Mətbuat prospekti ilə “Badamdar” istiqamətinə) yönləndirərək 300 metr irəlidə (yük avtomobilləri istisna olmaqla) geriyə dönmə təşkil edərək dönməsini təmin etmək;

• Mətbuat prospektindən “Qələbə” dairəsi istiqamətində təklif olunan geriyə dönmədən istifadə edən nəqliyyat vasitələrinin hərəkətində maneə yaranmaması üçün yolun sağ tərəfində sxemdə göstərilən qaydada bir zolağın əlavə olunması;

• Qeyd edilən kəsişmədə svetoforun üçfazalı idarəetmədən ikifazalı idarəetməyə keçirilərək sxemdə göstərildiyi qaydada vaxt planı ilə idarə edilməsi təklif edilir.