» » Tallinin meri saxlanıldı

Tallinin meri saxlanıldı

Tallinin meri saxlanıldı

O, rüşvət almaqda şübhəli bilinir.

Estoniyanın təhlükəsizlik polisi dəfələrlə rüşvət almaqda şübhəli bilinən Tallinin meri Edqar Savisaarı saxlayıb, Delfi bildirib.  

ucarliyiq.biz xəbər verir ki, Savisaara qarşı irəli sürülən ittihama görə, 2014-2015-ci illərdə o, dəfələrlə mülkiyyət və imtiyaz şəklində rüşvət alıb, bu imtiyazlar həm özü, həm də üçüncü şəxsin xeyrinə götürülüb, rüşvətin ümumi həcmi isə bir neçə yüz min avrodan ibarət olub.

Nəşrin məlumatına əsasən, iş üzrə həbs edilənlər arasında Rand&Tuulberg inşaat şirkətinin idarə heyətinin sədri Ayvar Tuulberq də var.

Savisaar Tallinin meri vəzifəsini 2007-ci ildən tutub.

Martda Savisaarın ayağı amputasiya edildikdən sonra kritik vəziyyətdə olduğu xəbər verilmişdi.