» » Kanzasda akvaparkda konqresmenin oğlu öldü

Kanzasda akvaparkda konqresmenin oğlu öldü

Kanzasda akvaparkda konqresmenin oğlu öldü

Bu su attraksionu dünyada ən hündür attraksion hesab edilir.

Uşaq ABŞ-ın Kanzas ştatında akvaparkda dünyanın ən hündür akvaattraksionunda enərkən ölüb. 

Ucarliyiq.biz Fox-ə istinadən xəbər verir ki, hadisə bazar günü Kanzas-sitidə baş verib. 

On yaşlı oğlan 51 metr hündürlüyündə su attraksionunda enirdi. Məlumata görə, ölən uşaq ştatın Nümayəndələr palatasının üzvünün oğlu idi. 

Attraksionun adı alman dilindən tərcümədə “dəlisovdur”, telekanal əlavə edib. Attraksionun startına qalxmaq üçün 264 pillə fəth etmək lazımdır. Enişin sürəti 110 km/s çatır. 

Hadisə ilə bağlı akvapark iki gün müddətinə bağlanıb. Polis baş verənlərin təfərrüatlarını araşdırır. 

ucarliyiq.biz