» » ABŞ-dan Türkiyədəki çevriliş cəhdinə cavab

ABŞ-dan Türkiyədəki çevriliş cəhdinə cavab

ABŞ-dan Türkiyədəki çevriliş cəhdinə cavab

Trudeu ABŞ-ın Türkiyə hökuməti və xalqını dəstəklədiyini bildirib.

“Türkiyə ABŞ üçün önəmli bir müttəfiq və dost ölkədir”.

Ucarliyiq.biz xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Elizabet Trudeu ənənəvi mətbuat konfransında Türkiyədə iyulun 15-də baş verən dövlət çevrilişinə cəhdin arxasında ABŞ-ın dayanması ilə bağlı iddialara münasibət bildirərkən deyib.

“Yayılan hər şeyə cavab verməyəcəyəm. Doğru olub-olmadığını söyləyə bilmərəm. Düzgün olan yeganə şey budur ki, demokratik yollarla seçilmiş Türkiyə hökumətini və Türkiyə xalqını dəstəkləyirik”.

Trudeu dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putin ilə 9 aya yaxın bir zamandan sonra ilk dəfə Sankt-Peterburqda qarşı-qarşıya görüş keçərəcəyi ilə bağlı olaraq isə bildirib ki, Türkiyə-NATO müttəfiq bir ölkədir, ABŞ-ın dostu və tərəfdaşıdır.

Digər tərəfdən türk rəsmilərin ABŞ-ın Türkiyəni strateji bir müttəfiq kimi təsvir etməsinə baxmayaraq, çevriliş cəhdindən sonra hələ də yüksək səviyyəli bir ziyarət reallaşdırmamasına “üzüldüklərinin” ifadə edilməsi qarşısında Trudeu Türkiyənin önəmli bir müttəfiq və dost ölkə olduğunu söyləyib.

ucarliyiq.biz