» » Turist səhvən Almaniyadan sığınacaq istəyib

Turist səhvən Almaniyadan sığınacaq istəyib

Turist səhvən Almaniyadan sığınacaq istəyib

O, italiya və Fransada olmağa hazırlaşırdı.

Almaniyada səyahət edən çin turisti, səhvən ölkədən sığınacaq istəyib.

Ucarliyiq.biz bu barədə BBC News-ə istinadən xəbər verir.

Adı bildirilməyən 31 yaşlı səyahətçi Ştutqart polisinə pul qabının itməsinə dair xəbər vermək istəyib, amma alman və ingilis dilini bilmədiyi üçün mühacir qismində qeydiyatdan keçib.   

Bundna sonra kişinin barmaq izlərini götürüb şengen vizası olan pasportunu alıblar, o həmçinin tibbi müayinədən də keçib. Daha sonra səyahətçini Dortmunda mühacirlər üçün olan yataqxanaya göndəriblər. 

Sığınacaqda çinliyə yemək və cib xərci verilib, o təxminnə iki həftə orada keçirib. Bu müddətin sonuna Qırmızı Xaçın işçisi Kristof Şlütermanın diqqətini onun digər mühacirlərdən fərqləndiyi çəkib.

Turistlərlə danışıqdan sonra onun xaricə getmək istədiyini və İtaliya, eləcə də Fransada olmaq istədiyini bildirib. 
Bir neçə uğursuz cəhddən sonra turistin səhvən qeydiyyatdan keçməsi ilə bağlı problem həll edilib. Pasportu geri qaytarılıb, çinli turist avropa turuna davam edib. 

ucarliyiq.biz