» » İraqın müdafiə nazirinə sui-qəsd cəhdi olub

İraqın müdafiə nazirinə sui-qəsd cəhdi olub

İraqın müdafiə nazirinə sui-qəsd cəhdi olub

Nazirin olduğu avtomobil karvanı avtomat silahlardan və minaatanlardan atəşə tutulub.

İraqın müdafiə naziri Xalid əl-Obeydiyə qarşı sui-qəsd cəhdi olub.

Ucarliyiq.biz RİA Novosti agentliyinə istinadən xəbər verir ki, nazir xəsarət almayıb.

Məlumata görə, nazirin olduğu avtomobil karvanı Mosul şəhəri və “Kayar” aviabazasının yaxınlığında İmam Qərib kəndi ərazisində avtomat silahlardan və minaatanlardan atəşə tutulub.

İraq Müdafiə Nazirliyi hücum zamanı müdafiə nazirinin, o cümlədən avtomobil karvanında olanlardan heç kimin xəsarət almadığı, ölən olmadığı barədə məlumat yayıb.

Sui-qəsd cəhdi ilə bağlı hələlik heç bir radikal qrupa qarşı ittiham irəli sürülməyib.

ucarliyiq.biz