» » Putin Suriyada aviasiya qrupu yerləşdirəcək

Putin Suriyada aviasiya qrupu yerləşdirəcək

Putin Suriyada aviasiya qrupu yerləşdirəcək

Saziş Rusiya və Suriya Müdafiə nazirlikləri arasında Dəməşqdə imzalanıb.

Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasına Suriya ərazisində Rusiya SQ aviasiya qrupunun yerləşdirilməsi haqqında sazişə dair qanun layihəsi çıxarıb.  

Ucarliyiq.biz TASS-ə istinadən xəbər verir ki, müvafiq informasiya Dumanın elektron məlumat bazasında yerləşdirilib. 

Saziş Rusiya və Suriya Müdafiə nazirlikləri arasında 2015-ci ilin avqust ayının 26-da Dəməşqdə imzalanıb. Sənədin mətnində “Suriya Ərəb Respublikasının ərazisində Rusiya aviasiya qrupunun yerləşdirilməsi regionda sülh və sabitliyin qorunması məqsədinə cavab verir, müdafiə xarakteri daşıyır və digər dövlətlərin əksinə yönəlməyib”. 

Sənəd Rusiya aviaqrupunun Hmeymim aerodromunda infrastruktur ilə birgə, təmənnasız yerləşdirilməsini nəzərdə tutur. 

Sazişin müddəti bildirilmir, sənədi imzalayan tərəflərdən istənilən tərəf digər tərəfi yazılı şəkildə xəbərdarlıq edərək sazişi poza bilər. 

ucarliyiq.biz