» » ​Rusiya və Türkiyə prezidentlərinin görüşü başlayıb

​Rusiya və Türkiyə prezidentlərinin görüşü başlayıb

​Rusiya və Türkiyə prezidentlərinin görüşü başlayıb

Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş başlayıb.

Ucarliyiq.biz Gazeta.ru-ya istinadən xəbər verir ki, liderlər Sankt-Peterburqun Strelne rayonunda Konstantinov sarayının ikinci mərtəbəsindəki “Yunan” zalında görüşüblər.

İnformasiyaya əsasən, görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Prezident Administrasiyası baş katibinin müavini İbrahim Kalın, Rusiya tərəfdən isə ölkənin xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov iştirak edib.

Xatırladaq ki, görüşdən sonra Putin və Ərdoğan birgə mətbuat konfransı keçirəcəklər. Bu, tədbirin ardınca liderlər iş adamları ilə görüşəcəklər.

ucarliyiq.biz