» » Putin: Qiyam cəhdindən sonra Ərdoğana birinci mən zəng etdim – Video

Putin: Qiyam cəhdindən sonra Ərdoğana birinci mən zəng etdim – Video

Putin: Qiyam cəhdindən sonra Ərdoğana birinci mən zəng etdim – Video

“Ümid edirəm, Türkiyə Ərdoğanın rəhbərliyi altında böhranın öhdəsindən gələcək”.

Rusiya prezidenti Vladimir Putin Türkiyə xalqının Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında böhranın öhdəsindən gələcəyinə ümid etdiyini bildirib. 

Bu barədə Ucarliyiq.biz xəbər verir.

“Ümidvaram ki, sizin rəhbərliyiniz altında türk xalqı bu problemin öhdəsindən gələcək və qayda-qanun bərpa ediləcək”, - o, Ərdoğanla görüş zamanı bildirib.

15:45

Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Ərdoğana zəng edən ilk dünya liderlərindən olmuşam. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşdə bildirib. 

“Dövlət çevrilişi ilə əlaqədar yaranan daxili siyasi böhranın öhdəsindən gəlməyə dair prezidentə dəstək verənlərdən birincilərdən idim”, - Putin Strelnedə Konstantinov sarayında Ərdoğan ilə görüşdə bildirib. 

ucarliyiq.biz