» » Müsəlman model intihar etdi - FOTO

Müsəlman model intihar etdi - FOTO

Müsəlman model intihar etdi - FOTO

Özünə zərər verərək saçlarını tamamilə kəsdiyi məlum olub.

İngiltərədə yaşayan 24 yaşlı müsəlman model Nadia Menaz ailəsi tərəfindən zorla ərə verilmək qorxusu səbəbi ilə özünü asıb.

ucarliyiq.biz Türkiyə KİV-nə istinadla xəbər verir ki, Pakistan əsilli model Manchester-dəki evində ölü tapılıb.

Menaz beş ay əvvəl ailəsinin onu zorla ərə verməkdən imtina etməsi üçün məhkəməyə müraciət etmişdi.

Bir uşaq anası olan Menaz əvvəllər imam nikahı ilə ailə qurmuş, ancaq ailəsi bu evliliyə qarşı çıxmışdı.

Ölümüylə əlaqədar açılan istintaqda Menazın ailəsiylə münasibətlərinin çox gərgin olduğu və ölümündən əvvəl depressiyaya girdiyi, özünə zərər verərək saçlarını tamamilə kəsdiyi məlum olub.

Polis olmaq istəyən Menaz 16 yaşında ailəsiylə birlikdə yaşadığı evindən ayrıldıqdan sonra modellik etməyə başlayıb.

2010-ci ildə  25 yaşlı Rəsul adlı şəxslə tanış olan Menaz 2011-ci ildə imam nikahıyla evlənənə qədər bunu ailəsindən gizli saxlayıb. Lakin modelin ailəsi Rəsulu qəbul etməyib və qızlarını başqa birinə ərə vermək istəyib.

Müsəlman model intihar etdi - FOTO

Müsəlman model intihar etdi - FOTO

Müsəlman model intihar etdi - FOTO

Müsəlman model intihar etdi - FOTO

Müsəlman model intihar etdi - FOTO