» » Almaniya hakimləri iclas zallarında hicaba qadağa tələb ediblər

Almaniya hakimləri iclas zallarında hicaba qadağa tələb ediblər

Almaniya hakimləri iclas zallarında hicaba qadağa tələb ediblər

Qadağa həm hakimlərə, həm də tərəfləri təmsil edənlərə şamil edilməlidir.

Alman hakimlərinin iki nüfuzlu təşkilatı məhkəmə iclaslarında hicabların qadağan edilməsini tələb edib. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb. 

Nəşrin məlumatına görə, bu məsələyə dair ictimai müzakirə Auqsburq şəhərində müsəlman vəkilinə iclasa hicabda gəlmək qadağan edildikdən sonra başlayıb. Akila Sandu bu qərarı dini azadlığa zidd olduğunu bildirərək şikayət etmişdi, məhkəmə onun mövqeyini dəstəkləyib.

“Hakimlərin neytral geyimi işin bütün tərəflərinə şamil edilməlidir. Belə ki, bu məhkəmənin işə  qanuna müvafiq olaraq obyektiv və qərəzsiz baxacağını göstərir”, - Almaniya Hakimlər Assosiasiyasının hakimi Sven Reben bildirib. 

O vurğulayıb ki, söhbət yalnız hicabda deyil, eləcə də digər dini geyimlərdədir. Qadağa həm hakimlərə, həm də tərəfləri təmsil edənlərə şamil edilməlidir. 

Bundestaqın hüquqi məsələlər üzrə komissiya sədri Renata Kyüneste qeyd edib ki, hicabın qadağan edilməsi vicdan azadlığına ciddi təhdiddir.  

ucarliyiq.biz