» » Yoldaşına qəzəblənən kişi qayınatısını bıçaqladı

Yoldaşına qəzəblənən kişi qayınatısını bıçaqladı

Yoldaşına qəzəblənən kişi qayınatısını bıçaqladı

Cəfərov qayınanasına da xəsarət yetirib.

Bu gün axşam saatlarında Salyanda bıçaqlanma hadisəsi qeydə alınıb.

ucarliyiq.biz xəbər verir ki,Salyan Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Həsənli kəndində qeydə alınıb. Kənd sakini Vaqif Sahib oğlu Cəfərov bir müddət əvvəl qeyri-rəsmi nigahda olduğu yoldaşını döyərək, ağır xəsarətlər yetirib. Hadisə ilə  bağlı polis şöbəsində şikayət edilib.
 
Bundan qəzəblənən Vaqif Cəfərov qayınatasıgilə gələrək mübahisə edib. Mübahisə zəminində o, qayınatası 1952-ci il təvəllüdlü Tahir Gülməmməd oğlu Adıgözəlova bıçaqla, qayınanasına isə həyətdəki bellə xəsarət yetirib. Yaralılar  Salyan rayon mərkəzi xəstəxanasına çatdırılıb.
 
Faktala bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.