» » Rusiyanın Türkiyədən yeni xahişi

Rusiyanın Türkiyədən yeni xahişi

Rusiyanın Türkiyədən yeni xahişi

“Rusiya ilə ticari dövriyyəmiz 43% aşağı düşüb. Burda iqtisadi geriləmə də var. Hədəfimiz isə 100 milyard dollardır”.

Ucarliyiq.biz “Habertürk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Rusiya prezidenti Putinin bizdən bir xahişi oldu. Rusiyanın embarqo tətbiq etdiyi ölkələrin Türkiyə üzərindən keçməməsi üçün tədbir görməliyik. Biz onsuz da bu məsələyə icazə vermərik.

Digər tərəfdən iş adamları üzərində olan çərçivələr də aradan qalxır. Məsələn, Sankt-Peterburqda bir körpünün inşasını türk və italyalı iş adamları birgə görəcək. 

Dünən prezidentlərin görüşü səmimi və məhsuldar bir səviyyədə keçdi. Turizmdə də çərçivələr var idi, bunlar da aradan qalxır. Çarter səfərləri üçün də hər iki tərəfin mütəxəssisləri qarşılıqlı səfərlər ediblər. Təhlükəsizlik tədbirlərini gördülər. Sıxıntı görünmür”.


ucarliyiq.biz