» » Səudiyyə Ərəbistanının neft hasilatı rekord səviyyəyə çatdı

Səudiyyə Ərəbistanının neft hasilatı rekord səviyyəyə çatdı

Səudiyyə Ərəbistanının neft hasilatı rekord səviyyəyə çatdı

Neftin qiymətləri 1,2% dəyər itirib.

Dünyanın ən böyük neft ixracatçısı Səudiyyə Ərəbistanı yaz aylarında artan daxili tələbatı ödəmək üçün iyun ayında sutkalıq 10,67 milyon barel neft hasil edib. 

Ucarliyiq.biz xəbər verir ki, OPEK-dən iki mənbə qeyd edir ki, iyun ayı hasilatı sutkalıq 10,56 milyon barelə çatması ilə bütün zamanların zirvəsi olan 2015-ci il iyun ayı səviyyəsinə çatıb. OPEK-in isə aylıq hesabatının isə bu gün açıqlanacağı gözlənilir. 

Orta Şərqdə enerji tələbi havaların isti keçməsi və ev və ofislərdə kondisionerlərdən sıx istifadə olunması ilə bağlı olaraq iyun –avqust aylarında pik həddə çatır. Səudiyyə Ərəbistanın neft istehsalatı ilə bağlı məlumat sahibi olan qaynağın verdiyi məlumata görə, ölkə bu il hasilatını sutkalıq 10,5 milyon barelə yüksəltməyi hədəfləyir. 

Bundan sonra, neftin qiymətləri itkilərini davam etdirib. Belə ki, neftin qiymətləri 1,2% aşağı düşərək 42,27 dollar səviyyəsinə çatıb. 


ucarliyiq.biz