» » Madeyra yanır: Ölənlər var – FOTO + VİDEO

Madeyra yanır: Ölənlər var – FOTO + VİDEO

Madeyra yanır: Ölənlər var – FOTO + VİDEO

“Bir nəfər itkin düşüb”.

Portuqaliyanın Madeyra adasında güclü meşə yanğınları üzündən minlərlə insan evə və hotellərdən təxliyyə edilib.  

Ucarliyiq.biz xəbər verir ki, bu barədə “Publico”ya istinadən “Yevropeyskaya pravda” məlumat yayıb. 
Güclü meşə yanğınları nəticəsində ən azı üç nəfər ölüb. Onlarla insan müxtəlif dərəcəli yanıqlarla xəstəxanalara yatırılıb. 

Qubernator Migel Albukerkenin sözlərinə görə, Funşal şəhəri ətrafında yanğınların əksəriyyəti artıq yanğınsöndürənlər tərəfindən nəzarətə alınıb, amma bir neçə yanğının miqyası artmaqda davam edir. 

Qubernator həmçinin xəstəxanalarda 80 nəfərin olduğunu bildirib, onlardan ikisi ağır vəziyyətdədir. 

“Ölənlər və xəsarət alanların hamısı yerli sakinlərdir. Bir nəfər itkin düşüb”, - Albukerke sözlərinə əlavə edib. 

Adada yanğına səbəb son günlər 37 dərəcəyə çatan yüksək temperaturdur. Portuqaliyanın materik hissəsində də yanğınlar qeydə alınıb. 

ucarliyiq.biz