» » Martın 8-də qeyri-rəsmi ərini öldürən qadın 10 il cəza aldı - FOTO

Martın 8-də qeyri-rəsmi ərini öldürən qadın 10 il cəza aldı - FOTO

Martın 8-də qeyri-rəsmi ərini öldürən qadın 10 il cəza aldı - FOTO

Yelena əməlindən peşman olduğunu bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Yelena Maxrovanın CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı yekunlaşıb.

ucarliyiq.biz xəbər verir ki, bu il martın 8-də Sabunçu RPİ 13-cü polis bölməsinin əməkdaşları daxil olan məlumat əsasında Bakıxanov qəsəbəsindəki evlərindən birində üzərində zorakılıq əlamətləri ilə şəhər sakini, əvvəllər məhkum olunmuş Sabir Qurbanovun meyitini aşkar ediblər.

Təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Qurbanovun ölümünə daxil olan deşilmiş-kəsilmiş yaradan inkişaf edən kəskin qanitirmə səbəb olub. 

Faktla bağlı rayon prokurorluğunda CM-nin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb, araşdırma zamanı məlum olub ki, Sabir Qurbanovu qeyri-rəsmi nikah münasibətində yaşadığı Yelena Maxrova öldürüb, hadisə isə Azərbaycanın xalq artisti Nuriyyə Əhmədovanın keçmiş həyat yoldaşı Xanlar İbadovun mənzilində baş verib. Qadın həmin axşam şübhəli şəxs qismində saxlanılıb və törətdiyi əməlini etiraf edib. 

İstintaqla müəyyən edilib ki, həmin gün Sabir Qurbanov, Xanlar İbadov və qeyriləri yeyib-içiblər, bir müddətdən sonra ora gələn Yelena Maxrova ərindən daha içki içməməsini tələb edib və buna görə aralarında mübahisə baş verib. Sabirin kobud davranışından hiddətlənən Yelena masanın üzərindəki bıçağı alaraq, onun böyründən bir bıçaq zərbəsi vurub. Daxil olan məlumat əsasında təcili tibbi yardım işçiləri gələnədək Qurbanov kəskin qanitirmədən dünyasını dəyişib.  

Məhkəmə prosesində dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxsin 13 il müddətinə cəzalandırılmasını istəyib. Son sözlə məhkəməyə müraciət edən qadın Sabiri öldürmək niyyətində olmadığını və əməlindən peşman olduğunu bildirib.

Məhkəmənin hökmünə əsasən, Yelena Maxrovanın əməli CM-nin 120.1-ci maddəsindən 126.3-cü (qəsdən sağlamlığa ağır zərbə vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib və o, 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 

Martın 8-də qeyri-rəsmi ərini öldürən qadın 10 il cəza aldı - FOTO

Martın 8-də qeyri-rəsmi ərini öldürən qadın 10 il cəza aldı - FOTO

Martın 8-də qeyri-rəsmi ərini öldürən qadın 10 il cəza aldı - FOTO

Martın 8-də qeyri-rəsmi ərini öldürən qadın 10 il cəza aldı - FOTO

C.H.