» » Türkiyədə ard-arda partlayışlar: Ölənlər var

Türkiyədə ard-arda partlayışlar: Ölənlər var

Türkiyədə ard-arda partlayışlar: Ölənlər var

Türkiyənin cənub-şərqində törədilən iki partlayış zamanı ən azı altı nəfər həyatını itirib.

Ucarliyiq.biz Anadolu agentliyinə istinadən xəbər verir ki, Diyarbəkir vilayətinin Sur rayonunda PKK qruplaşmasının üzvlərinin minalanmış avtomobili partlatması nəticəsində 4 nəfər ölüb, 13 nəfər yaralanıb.

Daha iki nəfər Mardin vilayətində baş verən partlayışın qurbanı olub.

Türkiyə KİV-in məlumatına görə, hər iki partlayışın arxasında PKK terror təşkilatı durur.