» » Sarkisyan Braziliyaya yola düşüb

Sarkisyan Braziliyaya yola düşüb

Sarkisyan Braziliyaya yola düşüb

Ermənistan prezidenti Serj Sarkisyan avqustun 10-da Braziliyaya işgüzar səfərə yola düşüb. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə news.am-ə dövlət başçısının mətbuat xidmətindən bildiriblər. 

Serj Sarkisyan Rio-de-Janeyroda XXXI Olimpiya Oyunlarında iştriak edən erməni idmançıları dəstəkləyəcək. 

İşgüzar səfər çərçivəsində Ermənistan prezidenti Braziliyada səfriliyin binasının təməlqoyma mərasimində iştirak edəcək.

Həmçinin Serj Sarkisyanın Braziliya rəhbərliyi ilə rəsmi görüşləri də nəzərdə tutulub. 

ucarliyiq.biz