» » Ərdoğan Belarusa gedəcək

Ərdoğan Belarusa gedəcək

Ərdoğan Belarusa gedəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Belarusa səfər edəcək. Ərdoğanın Minsk səfərinin hazırlanmasını Belarus prezidentinin köməkçisi Vsevolod Yançevski və Türkiyə prezidentinin baş iqtisadi müşaviri Cemil Ertem müzakirə ediblər.

Ucarliyiq.biz BELTA-ya istinadən xəbər verir ki, tərəflər iki prezidentin rəhbərliyi altında həyata keçiriləcək layihələr də daxil olmaqla, iri Belarus-Türkiyə investisiya layihələrinin realizəsi perspektivlərini müzakirə ediblər. 

Belarus və Türkiyə prezidentlərinin görüşünün nəticəsi üzrə müqavilələrin yerinə yetirilməsi məqsədi ilə aprelin 13-də İstanbulda Türkiyə prezidentinin Belarusa səfəri də müzakirə edilib. 

ucarliyiq.biz